“WikiLeaks”in qurucusu həbsxanada iki uşaq anası ilə evləndi - VİDEO

“WikiLeaks”in yaradıcısı Culian Assanc həbsdə olduğu Londondakı Belmarş həbsxanasında nişanlısı və iki uşaq anası Stella Morislə evlənib.
“WikiLeaks”in qurucusu həbsxanada iki uşaq anası ilə evləndi -

Londondan kənarda yerləşən ciddi rejimli həbsxanada keçirilən toy mərasiminə ikisi rəsmi şahid, ikisi isə mühafizəçi olmaqla dörd nəfərin qatılmasına icazə verilib.

Həbsxanaya gəlinlik paltarında gələn Moris şərtlərin çox məhdudlaşdırıcı olmasına baxmayaraq, həyəcanlandığını və toyu səbirsizliklə gözlədiyini bildirib.

Həbsxananın qarşısında toplaşan və Assancın azad edilməsini tələb edən tərəfdarları da əllərində “Assanca azadlıq”, “Cənab və xanım Assancı təbrik edirik” və “Tanrı sizi qorusun” yazılmış plakatlar qaldırıblar.

Məlumdur ki, Assanc və Morisin jurnalistin Ekvadorun London səfirliyinə sığındığı dövrdə dünyaya gələn 2 və 4 yaşlı iki övladı var.

Qeyd edək ki, Assanc tərəfindən qurulan “WikiLeaks” 2010-cu ildə bir çox məxfi sənədləri, o cümlədən ABŞ-ın İraq və Əfqanıstanda törətdiyi cinayətləri sübut edən sənədləri dərc edib. ABŞ-ın casusluqda ittiham etdiyi və ekstradisiyasını istədiyi jurnalist 2012-ci ilin iyununda Ekvadorun Londondakı səfirliyinə sığınıb.

Assanc 2019-cu il aprelin 11-də səfirlikdə saxlanılıb və “zaminlik müqabilində azad edilmə şərtlərini pozduğuna” görə həbs edilərək Londondakı Belmarş həbsxanasına yerləşdirilib.

Məhkəmə bu cinayətə görə Assanca 50 həftə həbs cəzası verib. 50 həftəlik cəzasını çəkən Assancın ekstradisiya tələbi çərçivəsində həbsdə qalmasına qərar verilib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 324 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...