Jerar Depardyenin Rusiya vətəndaşlığı ləğv olunur?
“Jerar Depardyenin Rusiya vətəndaşlığı ləğv edilməlidir”. Bunu Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev bildirib.
Məlumata görə, deputat fransalı aktyorun daşınmaz əmlakı və evinin müsadirə olunmasını təklif edib: “Ona Saransk və Qroznıda (Rusiyanın şəhərləridir - red.) iki mənzil hədiyyə edilib. Bu mənzilləri alıb yetim uşaqlara vermək lazımdır. Məsələ ilə bağlı bu, ən ədalətli qərar olardı”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Depardye Ukraynada baş verənləri tam başa düşmür: “Daha yaxşı başa düşməsi üçün lazım gələrsə, ona hadisələri danışıb izah etməyə hazıram”.
Qeyd edək ki, bir müddət əvvəl Jerar Depardye Rusiya prezidenti Vladimir Putinin əməllərinə görə rusiyalıların cavabdeh olmadıqlarını bildirmişdi.
Xatırladaq ki, Rusiya vətəndaşlığını qəbul edən Depardye ölkə lideri Vladimir Putinin əməllərinə görə rusların cavabdeh olmadığını bildirib. O, Fransa Baş nazirinə müraciətində “vətənsevərliyin köhnəldiyini” yazaraq Fransanın deyil, dünyanın vətəndaşı olduğunu vurğulamışdı.
Yeri gəlmişkən Jerar Depardye 2012-ci ildə vergidən yayınmaqda ittiham olunduğu üçün Rusiyaya sığınmışdı. 2013-cü il yanvarın 1-də Rusiya Prezidenti Vladimir Putinin 1 nömrəli sərəncamı ilə fransalı aktyora RF vətəndaşlığı verib.
2 335 dəfə oxundu