Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunua əsasən, QHT-lər illik maliyyə hesabatlarını
aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.


Gundeminfo.az xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

Qurum bəyan edib ki, qanuna əsasən, hesabatlarını müəyyən edilmiş müddətdə təqdim etməyən təşkilatlara bu barədə yazılı xəbərdarlıq ediləcək. Bundan sonra maliyyə hesabatlarını 30 gün müddətində təqdim etməyən təşkilatlar İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar.

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Hesabat Maliyyə Nazirliyinin yaratdığı “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı” vasitəsilə (www.qht-hesabat.maliyye.gov.az) elektron qaydada təqdim edilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 672 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...