Atası yoxluğuna dözməyib dünyasını dəyişdi: Fərruxda itkin düşən Bədəl Zeynalov - VİDEO
Birinci Qarabağ müharibəsində Fərrux dağında itkin düşmüş hərbçilərimizdən biri də Kürdəmirin Pirili kəndindən olan Zeynalov Bədəl Babası oğludur.
1973-cü ildə Pirilidə anadan olan B.Zeynalov 1992-ci ildə ilk təhsilini elə həmin kənddə tamamlayaraq hərbi xidmətə yollanıb. Qızılqaya və Fərrux dağı istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərən qəhrəmanımız elə həmin döyüşlərdə itkin düşüb.
Bədəlin anası Mənurə Zeynalova deyir ki, oğlu itkin düşəndən bəri onun şəklini sinəsində saxlayır. Onun sözlərinə görə, Bədəlin atası illərdir oğlunu axtarsa da, sonda onun yoxluğuna dözə bilməyib, dünyasını dəyişib. İndi isə ananın tək istəyi övladının nəşini atasının məzarı yanında dəfn etməkdir.
Qəhrəmanımızın qardaşı Ruslan Zeynalov deyir ki, Bədəl döyüşlərə qatılanda onun 13 yaşı var idi. Qardaşını görmək üçün döyüş bölgəsinə gedəndə komandirlərindən Bədəlin döyüşlərdəki qəhrəmanlıqlarından danışdıqlarını eşidib. Hətta ona Qızılqaya və Fərrux dağı istiqamətində gedən döyüşlərdə düşmənin bir neçə texnika və canlı qüvvəsini məhv etdiyi üçün təşəkkürnamə də verilib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
702 dəfə oxundu