Rasim Balayev xəstəxanaya yerləşdirilib

Rasim Balayev xəstəxanaya yerləşdirilib

Azərbaycanın Xalq artisti, məşhur aktyor Rasim Balayevin səhhətində problemlər yaranıb.

Gundeminfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Xalq artisti özü bildirib.

O deyib ki, hazırda xəstəxanada müalicə alır. “Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib, evə buraxılacam”.

Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə, uroloji əməliyyat olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 812 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...