Azərbaycanlı bəstəkar qəfil vəfat edib - FOTO/VİDEO

Azərbaycanlı bəstəkar qəfil vəfat edib -

Azərbaycanlı söz yazarı və bəstəkar Sahilə Qurbanova qəfil vəfat edib.

Oxu.Az xəbər verir ki, Sahilə Qurbanova Nərmin Kərimbəyova üçün “Mənə zaman ver” adlı mahnısını ərsəyə gətirib.

Bu barədə Nərmin Kərimbəyova sosial media hesabında paylaşım edib:

“Bilmirəm, nə deyim, “Allah rəhmət etsin” kəlməsi heç yaraşmır gənc istedada. Balaların yetim qaldı. Çox heyif səndən. Heç istəməzdim buna inanım. Sən həmişə gözəl bəstələrində yaşayacaqsan. “Mənə zaman ver” mahnısı üçün həmişə minnətdar olacağam. Gözəl ürəkli insan, bu mahnını sevgi ilə yaşadacam. Başqa heç nə gəlmir əlimdən. İlk dəfə eşidən kimi anladım ki, bu, mənim mahnımdır. Kaş çox yaşayıb, çox yaradardın”.

Qeyd edək ki, iki övladı olan Sahilə Qurbanova həmçinin fotoqraflıq fəaliyyəti ilə də məşğul olurmuş.

Sözügedən mahnını və paylaşımı təqdim edirik:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 762 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...