Qarabağ atları Vindzor Kral Atçılıq Şousuna qatılacaq

Qarabağ atları Vindzor Kral Atçılıq Şousuna qatılacaq
Bu gün Londonda Böyük Britaniyada kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən Vindzor Kral Atçılıq Şousu başlayır.

Atçılıq Federasiya­sından APA-ya verilən xəbərə görə, Böyük Britaniyanın Vindzor qəsrində Birləşmiş Krallığın Kraliçası II Yelizavetanın şəxsən iştirakı ilə keçirilən bu şouya 2012-ci ildən etibarən Azərbaycan təmsilçiləri də qatılır.

Bu il Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunan "Royal Windsor Horse Show" təd­birdə təmsilçilərimiz tərəfindən "Odlar Yurdu” adlı xüsusi proqram təqdim olunacaq.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiya­sının təşkilat­çı­lığı ilə ərsəyə gələn, 70 nəfərlik heyətin cəlb olunduğu, Azərbaycanın əmək­dar artisti Nicat Kazımovun quruluş verdiyi proqramda Dövlət Sərhəd Xidmətinin 15 sü­varisi tərə­findən Qarabağ atları üzərində möhtəşəm igidlik hərəkətləri nü­ma­yiş etdiriləcək, Azərbaycan Respublikasının əməkdar ar­tis­ti, xoreoqraf Fərid İbrahimovun rəhbərliyi ilə "Sərhədçi" ansam­blı tərəfindən milli musiqimizin sədaları altında möhtəşəm rəqs kompozisiyası sərgilənəcək.
Qarabağ atları Vindzor Kral Atçılıq Şousuna qatılacaq

12-15 may tarixlərində təşkil olunacaq şouda Azər­bay­can nümayəndələrinin ümumilikdə 4 çıxışı nəzərdə tutulub.

Tədbirin bədii hissəsində Azərbaycanla yanaşı Oman, Bəhreyn, İsveçrə, Fransa, Norveç və Hindistan kimi dövlətlərin nümayəndələrinin iştirakı da nəzərdə tutulur.

Ənənəvi olaraq böyük tamaşaçı marağına səbəb olan Kral Atçılıq tədbirləri Britaniyanın və aparıcı dünya dövlətlərinin TV və mediaları tərəfindən geniş işıqlandırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...