Daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik bizneslər yaradılıb

Daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik bizneslər yaradılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində şəhid ailələri və qazilər üçün kiçik təsərrüfat və müəssisələrin yaradılması işləri davam etdirilir.

"Report" xəbər verir ki, son bir həftə ərzində bu kateqoriyalardan olan 100-ə yaxın şəxsə proqramın dəstəyi olaraq mal və materiallar formasında aktivlər verilib. Bu aktivlər hesabına onlar kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə kiçik bizneslərini yaradıblar.

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...