1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
01 iyun 2022-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Qaradağ” şadlıq sarayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbir keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin, qazilərinin, övladları, eyni zamanda qayğıya ehtiyac olan uşaqlar və onların valideynləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov çıxış edərək bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırmış, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirmiş, müxtəlif beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq fərman və sərəncamlar imzalamışdır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışdır. Bu siyasətin davamı olaraq son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olmuşdur.
Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva öz çıxışlarında dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan danışdılar. Heydər Əliyev Fondunun bu sahədə nümunə olduğunu vurğuladılar.

Milli Qəhrəmanın həyat yoldaşı İmanova Badam və baş gizir Allahverdiyev Turab çıxış edərək 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə uşaqları təbrik edərək tədbiri təşkil edən Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Daha sonra tədbir bayram konsert ilə davam etdirildi. Cizgi film personajlarının, klounların şən zarafatları, rayonda fəaliyyət göstərən 28 nömrəli musiqi məktəbinin, C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbinin, 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin və digər kollektivlərin çıxışları bayram ovqatını daha da artırdı. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi.

Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olundu.






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
808 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...