İmtahanlarda yüksək nəticə göstərən rayonlar - SİYAHI
Ötən il qəbul imtahanlarının II mərhələsində ən yüksək nəticəni Azərbaycan bölməsində Sumqayıt şəhəri, rus bölməsində isə Quba rayonunun abituriyentləri əldə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent 12” jurnalında qeyd edilib.
Bildirilib ki, Təhsil Nazirliyinin tabeliyində olan lisey və gimnaziyalarda, Sumqayıt, Bakı şəhərləri, Qubadlı, Oğuz, Neftçala, İsmayıllı, Masallı, Salyan, Ordubad, Tovuz, Culfa, Qəbələ, Yardımlı, Balakən rayonlarının məzunları da sabit olaraq yüksək nəticələr göstərirlər.
Jurnalda qeyd edilib ki, bunda həmin şəhər və rayonlarda dərs deyən müəllimlərin, şəhər və rayon rəhbərliyinin və təhsil şöbəsi işçilərinin mühüm rolu var:
“Ümumiyyətlə, gənclərimizdə oxumaq, öyrənmək həvəsi və potensialı olduqca yüksəkdir. Bunun reallaşdırılması isə birinci növbədə təhsil işçilərindən asılıdır. Burada təhsil işinin düzgün qurulması, müəllimlərin işə vicdanlı münasibəti, günün tələblərinə uyğun dərslik və dərs vəsaitlərinin hazırlanması və vaxtlı-vaxtında şagirdlərə çatdırılması mühüm amillərdir”.
2 179 dəfə oxundu