Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GUNDEMİNFO.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 316 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir.

Ölkədə son sutka ərzində 1 849, hazırkı dövrədək isə 6 957 854 test aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 088 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...