Azərbaycan Dövlət Pedaqoji Universiteti publik hüquqi şəxsə çevrilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti publik hüquqi şəxsə çevrilib


Nazirlər Kabineti “Azərbaycan Dövlət Pedaqoji Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi barədə” qərar verib.

APA-ın xəbərinə görə, qərara əsasən, Azərbaycan Dövlət Pedaqoji Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Pedaqoji Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Qərarla Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nizamnaməsi təsdiqlənib.

Nizamnaməyə əsasən, Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

- magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

- doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

- orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

- elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması.

Universitetin nizamnamə fondu 48609595,88 (qırx səkkiz milyon altı yüz doqquz min beş yüz doxsan beş manat səksən səkkiz qəpik) manatdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
700 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...