Pivə kişilərdə şəkərli diabet əmələ gətirir

Pivə kişilərdə şəkərli diabet əmələ gətirir
Pivə qanda qlükozanı qəfil yüksəldir. Modern.az medicina.az-a istinadən bildirir ki, diyetoloq Yelena Solomatina şəkəri artıran içkilər içində pivəni qeyd edib. Ən qəfil artım pivəni ac qarına içdikdə baş verir.

"Pivə yüksək qlikemik indeksə malikdir. Çox zaman kişilər preddiabet mərhələsində olduğunu bilmir və pivəni içərək, bu prosesi sürətləndirir.

Hətta gün ərzində 3-4 bokal pivə içən kişilərdə şəkər 200-ü keçə bilər.

Qanda şəkəri tənzimləmək üçün qidaya şirin olmayan, turş lifli qidalar daxil edin. Daha çox tərəvəz və səbzə şirəsi için".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
609 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...