Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

2022-ci il Ədəbiyyat üzrə Nobel Mükafatı fransız yazıçısı Anni Ernoya verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.
Qərarın əsaslandırıcı hissəsində deyilib ki, yazıçı “şəxsi yaddaşın mənşəyini, özgələşməsini və kollektiv çərçivəsini ifşa etdiyi cəsarət və cərrahi dəqiqliyə" görə layiq görülüb.
Xatırladaq ki, bu həftə isveçli genetik Svante Peebo tibb və fiziologiya, fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer, avstriyalı fizik Anton Tsaylinger fizika, amerikalı kimyaçılar Karolin Bertotsi və Karl Barri Şarpless, danimarkalı kimyaçı Morten Meldal kimya üzrə mükafatı qazanıblar.
Qeyd edək ki, oktyabrın 7-də sülh və oktyabrın 10-da iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.
Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...