“Bakcell”in dəstəyilə növbəti “Xəzəri qoruyaq!” kampaniyası - FOTO

“Bakcell”in dəstəyilə növbəti “Xəzəri qoruyaq!” kampaniyası -
“Bakcell” şirkətinin də tərəfdaşı olduğu “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyasının yekun aksiyası keçirilib.

On ildən çoxdur təşkil olunan kampaniya bu il daha geniş miqyasda həyata keçirilib və ilk dəfə bütün Xəzər sahili rayonları əhatə edib.

Kampaniyanın keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Bu il “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyası “Coca-Cola”, “Bakcell”, “PAŞA Bank” və “Carlsberg Azerbaijan” şirkətlərinin tərəfdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ASAN Xidmətin, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi və “EcoHub” ekoloji platformasının icraçı tərəfdaşlığı ilə həyata keçirilib. Aksiyanın təşkilatçılığında bir çox digər təşkilat, idarə və şirkətlər iştirak edib.

Sentyabr ayı ərzində Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Astara, Lənkəran, Sumqayıt və Bakıda yerləşən ictimai çimərliklərdə təşkil olunan təmizlik aksiyalarında 1500 könüllü 10 hektar ərazini 5 ton tullantıdan təmizləyib.

Qeyd edək ki, son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq!” şüarı ilə artıq 10 ildən çoxdur ki, iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir.

“Bakcell” şirkəti artıq uzun illərdir ardıcıl olaraq bu aksiyada iştirak edir. Bu hərəkata qoşulan ilk mobil operator kimi “Bakcell” ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.


“Bakcell”in dəstəyilə növbəti “Xəzəri qoruyaq!” kampaniyası -
“Bakcell”in dəstəyilə növbəti “Xəzəri qoruyaq!” kampaniyası -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
724 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...