Bu adamlara nar yemək təhlükəlidir

  Bu adamlara nar yemək təhlükəlidir
Hazırda nar mövsümüdür. Nar nə qədər faydalı olsa da, bəzi adamlara o zərərlidir.

Gundeminfo.az medicina.az-a istinadla xəbər verir ki, immunoloq Yelena Qrek hansı xəstələrə narın təhlükəli olduğunu açıqlayıb.

"Aşağı təzyiqi olan hipotoniklərə nar şirəsi olmaz.

Eləcə də qəbizliyi olanlara zərərlidir, nar bağırsaq motorikasını zəiflədir.

Nar suyu qanı durulaşdırır deyə, tromboza meyilli insanlara tövsiyə edilir. Amma əgər xəstə qandurulducu, aspirin içirsə, üstəlik nar şirəsi vəziyyəti kəskinləşdirə bilər.

Nar mədə turşuluğunu və reflüksü artırır, ona görə də qastrit və qıcqırmanı artırır.

Bu adamlar nar şirəsini təmiz halda içməməlidir.

Acqarına nar şirəsi içmək olmaz. Daxili qanaxma təhlükəsi olanlara da tövsiyə olunmur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
669 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...