Ziyafət Əsgərov: “Ölkədə çoxpartiyalı sistem hələ oturuşmayıb”
“Bu gün ölkədə 50-dən çox partiya olsa da, çoxpartiyalı sistem hələ oturuşmayıb. Məqsəd də odur ki, siyasi partiyalara belə şərait yaradılsın”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan iqtidarı və dövləti bu məsələdə siyasi partiyaların rolunun artmasında maraqlıdır: "Hazırda Azərbaycanda oturuşmuş siyasi sistem patiyaların çoxluğu hələ çoxpartiyalı siyasi sistem demək deyil. İllərdir seçkilərdə iştirak etməyən partiyalar fəaliyyət göstərir. Əvvəlki qanunvericilikdə müəyyən müddətdən sonra həmin təşkilatların fəaliyyətinə xitam verilirdi. Amma indi həmin maddə tamamilə çıxarılıb. Əgər cəmiyyətə xeyri dəyməyəcəksə, siyasi proseslərdə iştirak etmirsə, siyasi sistemin formalaşması üçün faydası olmayacaqsa, onda siyasi partiya yaratmağın nə faydası var?! Avropanın aparıcı ölkələrində müəyyən müddət ərzində siyasi proseslərdə, seçkilərdə iştirak etməyən partiyanın fəaliyyətinə xitam verilir, amma biz bunu saxlayırıq. Həddindən artıq demokratik normanın qanun layihəsinə salınmasına partiyalar hazırdırmı?”.
592 dəfə oxundu