Conson yenidən namizədliyini irəli sürəcək

Conson yenidən namizədliyini irəli sürəcək

Böyük Britaniyanın keçmiş baş naziri, vəzifəsini tərk etdikdən sonra İcmalar Palatasının üzvü olaraq qalan Boris Conson siyasətdən getməmək və növbəti parlament seçkilərində yenidən namizəd olmaq qərarına gəlib.

Keçmiş hökumət başçısı Mühafizəkarlar Partiyasının bölmə üzvlərinə öz planları barədə məlumat verib.

Qeyd edək ki, Conson dekabrın 5-dək Böyük Britaniyada 2024-cü ilin sonunadək keçiriləcək ümumi parlament seçkilərində iştirak etmək planları barədə Tori rəhbərliyini məlumatlandırmalıdır. Yenidən İcmalar Palatasına seçilmək Consona mühafizəkarların lideri və ölkənin baş naziri postu uğrunda yenidən mübarizə aparmağa imkan verəcək.

Xatırladaq ki, Conson 24 iyul 2019-cu ildən bu il sentyabrın 6-dək baş nazir vəzifəsində çalışıb.

Mənbə: TASS



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...