Kreml Baydenin açıqlamalarına cavab verdi

Kreml Baydenin açıqlamalarına cavab verdi

Moskva ABŞ prezidenti Co Baydenin dünən verdiyi açıqlamalara cavab verib.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.
“ABŞ Rusiyanın yeni ərazisini hələ də tanımır və bu, danışıqlar üçün ümumi zəmin tapmağı çətinləşdirir. Putin məqsədlərimizə çatmaq üçün bütün tərəflərlə danışıqlara açıqdır”, - Peskov bildirib.
O, Baydenin "Rus ordusunun Ukraynadan çıxarılması" ilə bağlı açıqlamasına isə belə raksiya verib:
"Xüsusi hərbi əməliyyatlar davam edir. Putin əvvəlki kimi bizim maraqlarımızı qorumaq üçün danışıqlara açıqdır. Ən ideal həll yolu diplomatikadır”.
Qeyd edək ki, dünən Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra ictimaiyyətə açıqlama verən Bayden, müharibəni bitirməyin yeganə rasional yolunun Putinin qoşunlarını Ukraynadan çəkməsi olduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...