Bu gün Ceyhun Bayramovla Lavrov görüşəcək

Bu gün Ceyhun Bayramovla Lavrov görüşəcək


“Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq, görüşdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasının müzakirəsi planlaşdırılır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“İkitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır”, - deyə diplomatik departamentdən bildirilib.
Nazirlik əlavə edib ki, Bayramovun qarşıdakı səfərini Rusiya-Azərbaycan konfidensial siyasi dialoqunun davam etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində nəzərdən keçirirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
499 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...