İlin sonunadək Paşinyan-Əliyev görüşü keçirilə bilər

İlin sonunadək Paşinyan-Əliyev görüşü keçirilə bilər

Ermənistan və Azərbaycan liderlərinin ilin sonuna qədər görüşməsi mümkündür.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Hələlik görüşün harada keçiriləcəyi ilə bağlı məlumat yoxdur, lakin biz istənilən mənalı müzakirəyə hazır olduğumuz üçün Brüsseldə görüşməyə hazırıq. Bilirsiniz ki, dünən baş nazirin müavinləri səviyyəsində Moskvada toplantı keçirilib və növbəti görüşlə bağlı razılıq əldə olunub. Yenə deyirəm, dövlət başçıları səviyyəsində bu görüşlə bağlı hələlik konkret məlumatımız yoxdur, lakin görüşün ilin sonuna qədər baş tutması mümkündür”, - Simonyan ölkə liderləri səviyyəsində görüşün keçirilməsinin mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...