Almaniya kansleri: "Rusiyanın Ukraynada nüvə silahından istifadə riski azalıb"

Almaniya kansleri: "Rusiyanın Ukraynada nüvə silahından istifadə riski azalıb"
“Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə nüvə silahından istifadə riski azalıb”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “Funke” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bu, beynəlxalq ictimaiyyətin təcavüzkar dövlətə təzyiqinin nəticəsidir: “Beynəlxalq ictimaiyyətin “qırmızı xətti”nə cavab olaraq Rusiya nüvə silahı ilə bağlı hədələrini dayandırıb”.

O.Şolts həmçinin Rusiyanın savaşı dayandırmağının vacibliyini vurğulayıb.

Kanslerin sözlərinə görə, Almaniya ABŞ-dan sonra Ukraynaya ən çox dəstək verən dövlətdir: “Biz Rusiya ilə NATO arasında birbaşa müharibənin qarşısını almaq üçün mümkün olan hər şeyi edirik. Rusiya-NATO toqquşması nəticəsində yalnız uduzanlar olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
639 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...