Avropa Şurasından Azərbaycana “Media haqqında” Qanunla bağlı çağırış

Avropa Şurasından Azərbaycana “Media haqqında” Qanunla bağlı çağırış
Bu gün Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra vəziyyətini müzakirə edib yekun sənəd qəbul edib.
Yeniavaz.com xəbər verir ki, həmin sənəddə 30 dekabr 2021-ci ildə qəbul edilən "Media haqqında Azərbaycan Respublikası Qanununa" da toxunulub.
Bildirilib ki, Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini “Media haqqında” Qanunu tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün tədbirlər görməyə dəvət, onları bu işdə Avropa Şurası vasitəsilə təmin edilən təcrübədən tam olaraq yararlanmağa təşviq edir.
Bundan əlavə Hakimiyyət orqanlarını “Media haqqında” qanunun tələblərini, xüsusilə də jurnalistləri, media subyektlərini Media reyestrinə daxil etmək və ya daxil etməməklə vəzifələndirilmiş Medianın İnkişafı Agentliyinin tərkibi və fəaliyyət təcrübəsi haqqında məlumatları təqdim etməyə dəvət edir.
Qeyd edilib ki, hakmiyyət orqanlarından ən geci Komitənin 1475-ci iclasındakı (sentyabr 2023) növbəti yoxlama üçün həm fərdi, həm də ümumi tədbirlərlə bağlı həll edilməmiş məsələlər haqqında məlumatları təqdim etmək tələb edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
607 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...