Avropalı diplomatlardan Makrona etiraz məktubu

Avropalı diplomatlardan Makrona etiraz məktubu
Parisdə bir neçə Şərqi Avropa ölkəsini təmsil edən diplomatlar bazar ertəsi Fransa prezidenti Emmanuel Makronun yeni Avropa təhlükəsizlik arxitekturasında Rusiya üçün təhlükəsizlik təminatları ilə bağlı son açıqlamalarına görə rəsmi etirazlarını bildiriblər.

Məlumata görə, bazar ertəsi Çexiya, eləcə də Latviya, Litva, Polşa, Slovakiya və Estoniya nümayəndələri Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinə yazılı etiraz məktubu təqdim ediblər.

Məktubda Rusiya ilə Avropanın təhlükəsizliyi məsələlərinə dair danışıqlar ideyası tənqid edilib, belə ki, Moskvanın dialoqdakı məqsədinin Avropanı parçalamaq və zəiflətmək olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl Makron ABŞ-a səfərindən sonra TF1 telekanalına müsahibəsində demişdi ki, gələcək Avropa təhlükəsizlik arxitekturası Rusiya üçün də təminatlar verməlidir.

Mənbə: TASS



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...