Abdulla İsmayılov və digər 2 deputat aclıq aksiyası elan etdi

Abdulla İsmayılov və digər 2 deputat aclıq aksiyası elan etdi

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin rəhbərlik etdiyi partiyanın üç deputatı parlamentdə aclıq aksiyası elan edib.

"Unikal" xəbər verir ki, "Vahid Milli Hərəkat"ın nümayəndələri Davit Kirkitadze, Anna Tsitlidze və Abdulla İsmayılov eks-prezidentin xaricdə müalicə olunmasına icazə verilməsini tələb edirlər.

Mixail Saakaşvili də dünən aclıq aksiyası elan edib, lakin bir neçə saatdan sonra avropalı parlamentarilərin tələbi ilə aclıq aksiyasını dayandırıb. Penitensiar xidmət həbsdə olan prezidentin müalicə aldığı Vivamedi klinikasının görüntülərini dərc etdikdən sonra siyasətçi etiraz aksiyasına əl atıb.

Keçmiş prezidentin şəxsi məlumatlarının dərci onun ailə üzvləri, tərəfdarları, həmçinin Gürcüstanın Fərdi Məlumatların Mühafizəsi Xidməti tərəfindən pislənilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
455 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...