Rusiya sülhməramlılarını kim əvəz edə bilər? - Ekspertlərin şərhi
"Prosesə sülhməramlı qismində başqa dövlətlərin qoşulması mümkün deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Laçın yolunda baş verən son olaylarlardan sonra Qarabağda yerləşən sülhməramlı missiyaya Rusiyadan əlavə başqa ölkələrin də daxil edilməsi ehtimalından danışarkən deyib.
Partiya sədri bildirib ki, yalnız BMT bölgəyə sülhməramlı qüvvələr yerləşdirmək qərarı versə, başqa ölkələrdən sülhməramlılar gələ bilər:
"Rusiya sülhməramlılarının Qarabağda yerləşməsi üçtərəfli razılaşma əsasında baş verib. Bu mənada prosesə sülhməramlı qismində başqa dövlətlərin də qoşulması prinsip etibarı ilə mümkün deyil. Amma BMT sülhməramlı qüvvələrin yerləşdirilməsi barədə mandat qəbul edirsə, bu halda onun tərkibinə daxil olan sülhməramlı hisslərini də həmin qurum müəyyən edir.
Ətraflı
Hazırkı şəraitdə Qarabağda sülhməramlılar məsələsi BMT Təhlükəsizlik Şurasının gündəmində yoxdur. Yaxın zamanlarda da bu baş verməyəcək. Bu səbəbdən mövcud şəraitdə sülhməramlı qüvvələrin tərkibinin dəyişməsi və ora yenilərinin əlavə edilməsi prinsip etibarı ilə mümkün olmayan məsələdir”.
Politoloq Zərdüşt Əlizadə isə digər ölkələrin də Qarabağda sülhməramlı missiyada iştirak etmək imkanlarını istisna etməyib:
"Bu istisna deyil. Keçid dövrü kimi, hansısa kiçik neytral ölkələr - Çexiya, Slovakiyadan olan sülhməramlılar da prosesə qoşula bilər. Bu zaman rus sülhməramlıların sayı kəskin azaldılmalıdır. Bu istiqamətdə BMT çərçivəsində hansısa bir sənəd imzalaya bilərik”.
514 dəfə oxundu