Şoyqunun baş çəkdiyi “ön mövqelər” cəbhə xəttindən 75 km məsafədə imiş

Şoyqunun baş çəkdiyi “ön mövqelər” cəbhə xəttindən 75 km məsafədə imiş
Rusiya müdafiə naziri Sergey Şoyqunun Ukraynada təftiş etdiyi “Rusiya bölmələrinin ön mövqeləri” cəbhə xəttindən 75 km məsafədə imiş.

“Report” xəbər verir ki, bu qənaətə tviterdəki “GeoConfirmed” layihəsi və “Azadlıq Radiosu”nun Rusiya bürosu gəlib.

Bildirilib ki, ordu generalının baxış keçirdiyi ərazilərin Krımın şimalında olduğu müəyyən edilib.

Qeyd edək ki, dekabrın 18-də məlum olub ki, Rusiya müdafiə naziri işğalçı qoşunların “xüsusi əməliyyat” zonasında qruplaşmasına baxış keçirib.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi S. Şoyqunun “qoşunların yerləşdiyi ərazilərin ətrafında uçduğunu və Rusiya bölmələrinin ön mövqelərini təftiş etdiyini” bildirib:

“Cəbhə xəttində Sergey Şoyqu rusiyalı hərbçilərlə söhbət edib və döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkür edib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
452 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...