Bəxtiyar Hacıyevə görə DTX-ya müraciət edildi

Bəxtiyar Hacıyevə görə DTX-ya müraciət edildi
İctimai fəal Bəxtiyar Hacıyevin həyat təhlükəsizliyinin təmin edilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc sosial şəbəkə hesabında yazıb.
“Müraciət rəsmən qeydiyyata alındı. Ümid edirəm vətənini sevən hər bir insan Bəxtiyara qarşı olunanlara səsini çıxarmalıdır”, - deyə o qeyd edib.
Xatırladaq ki, B. Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. O, hazırda aclıq aksiyası keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...