Baş katib: Laçın dəhlizi KTMT-nin məsuliyyət dairəsindən kənardadır

Baş katib: Laçın dəhlizi KTMT-nin məsuliyyət dairəsindən kənardadır
Ermənistan tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Laçın dəhlizindəki vəziyyətlə bağlı müraciət olmayıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu KTMT Baş katibi Stanislav Zas deyib.

Baş katib həmçinin qeyd edib ki, Laçın dəhlizi ilə bağlı məsələnin həlli KTMT-nin məsuliyyət dairəsindən kənardadır.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz çıxarılmasına və həyata keçirilən ekoloji terrora etiraz olaraq azərbaycanlı eko-fəallar 12 dekabrdan etibarən Xankəndi-Şuşa yolunda dinc aksiya keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
560 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...