Zakir Həsənov Ukraynadan Türkiyəyə qayıdan pilotlarla görüşüb

Zakir Həsənov Ukraynadan Türkiyəyə qayıdan pilotlarla görüşüb
Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Ukraynadan Türkiyəyə qayıdan "A400m" təyyarələrinin pilotları və onların ailələri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər həmin pilotların ailələrinə hədiyyələr veriblər.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar vəzifəni uğurla yerinə yetirən pilotları təbrik edib.

Xatırladaq ki, humanitar yardımların çatdırılması və Ukraynadakı Türkiyə vətəndaşlarınn təxliyəsi üçün bu ölkəyə yola düşən iki "A400m" təyyarəsi dünən Türkiyənin Kayseri şəhərinə qayıdıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
537 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...