Zelenski ABŞ Konqresində: “Gələn il dönüş nöqtəsi olacaq”

Zelenski ABŞ Konqresində: “Gələn il dönüş nöqtəsi olacaq”
“Gələn il Ukrayna üçün dönüş nöqtəsi olacaq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezdenti Volodimir Zelenski ABŞ Konqresində çıxışı zamanı deyib.

“Gələn il dönüş nöqtəsi olacaq. Bilirəm. Bu, Ukraynanın cəsarəti və amerikalıların qətiyyətinin öz dəyərlərini müdafiə edən insanların azadlığını təmin edəcəyi məqamdır”, - o bildirib.

O, əlavə edib ki, ABŞ-a gəlməzdən əvvəl cəbhədə, Ukraynanın şərqində olub:

“Ukrayna yıxılmayıb, Rusiyanın genişmiqyaslı işğalına baxmayaraq yaşayır və hələ də mübarizə aparır. Rusiya tiranlığı Ukrayna üzərində nəzarəti itirib. Bu, bir daha heç vaxt Ukrayna xalqının şüuruna təsir etməyəcək”.

Onun sözlərinə görə, Ukrayna heç vaxt ABŞ ordusundan Rusiyaya qarşı döyüşməyi xahiş etməyib:

“Ukrayna Silahlı Qüvvələri Amerika texnikasını məharətlə idarə edə bilir. Rusiya təcavüzünü dayandıra bilər, lakin ABŞ-ın onu sürətləndirmək imkanı mövcuddur. Bizim artilleriyamız var. Onun üçün təşəkkür edirəm. O kifayət edirmi? Yox, əslində”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...