Türkiyənin müxalifət lideri Ərdoğanı TƏRİFLƏDİ

Türkiyənin müxalifət lideri Ərdoğanı
Türkiyənin müxalif partiyalarından olan İYİ Partiyanın sədri Meral Akşener prezident Rəcəb Tayyib Ərdoğanı tərifləyib.

Modern.az xəbər verir ki, siyasətçi bu barədə tviter səhifəsində yazıb.

O, Ərdoğanın EYT (türkcədə "emeklilikte yaşa takılanlar" - təqaüdə çıxmaq üçün yaş məhdudiyyəti ilə üzləşənlər) probleminin həlli ilə bağlı qərarını təqdir edib və müsbət qiymətləndirib.

"Bizə bax belə gəl, cənab Ərdoğan. Siyasi rəqabəti dedi-qodu ilə yox, xidmətlə apar ki, qazanan millətimiz olsun. Edilən dəyişiklik EYT-li qardaşlarıma xeyirli olsun. Sırada minimal pensiya məbləğini minimum əməkhaqqı səviyyəsinə qaldırmaq var. Baxaq görək, bizdən əvvəl elə, görək", - deyə Akşenerin paylaşımında bildirilib. Qeyd edək ki, Ərdoğan sözügedən problemlə bağlı dünən qərar imzalamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
630 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...