“Rusiya öz öhdəliyini yerinə yetirməsə BMT-yə müraciət olunacaq”

“Rusiya öz öhdəliyini yerinə yetirməsə BMT-yə müraciət olunacaq”
Ermənistan Rusiya sülhməramlılarının Qarabağdakı mandatını uzatmaq istəyir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
“Ermənistan mandatı uzatmaya bilməz, amma nəyinsə prosesi təhdid etdiyini görsək, təbii ki, biz, o cümlədən Qarabağın təhlükəsizliyinin təminatçısı kimi başqa tədbirlər görməyə çalışmalıyıq. Rusiyanın obyektiv və ya subyektiv səbəblərdən öz öhdəliklərini yerinə yetirə bilmədiyi məlum olarsa, o, ya Rusiya hərbi kontingentinə beynəlxalq mandat verilməsi xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir, ya da yeni çoxmillətli sülhməramlılar göndərməlidir”, - deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...