Əli İnsanov siyasi partiyalara birləşməyi təklif edib – Zəlimxan Məmmədlidən AÇIQLAMA

Əli İnsanov siyasi partiyalara birləşməyi təklif edib –

“Siyasi partiyalar haqqında” yeni qanunun təsdiqlənməsi ilə Azərbaycanın siyasi spektrində canlanma başlayıb.

Azpost.info xəbər verir ki, yeni qanunda partiyanın qeydiyyatı üçün 5000 üzvün tələb edilməsi partiyaları hərəkətə gətirib. Məlumatlara görə, xüsusilə, xırda partiyalar bu problemi həll etmək üçün birləşməklə bağlı müzakirələrə başlayıb. İddia olunur ki, bu prosesdə keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyası (HƏP) da fəaldır. Lakin Əli İnsanovun HƏP-i hansısa partiya birləşmək niyyəti yoxdur. Keçmiş nazir digər partiyaların HƏP ətrafında təmərgüzləşməsinə çalışır.

HƏP-in sədr müavini Zəlimxan Məmmədli isə Azpost.info-ya bildirib ki, təmsil etdiyi partiya müxalifət arasında konsolidasiyanın tərəfdarıdır. Lakin konkret olaraq HƏP-in ətrafında birləşməklə bağlı hələ ki, heç bir partiya ilə müzakirə aparılmayıb.: “Siyasi partiyalar haqqında” yeni qanun partiyaların üzvlük məsələsinə yenidən baxmasını zərurətə çevirib. Biz də hazırda bu işlə məşğuluq. Bu problemə görə partiyalara birləşmək təklif etmişik. Amma konkret olaraq bizim partiyanın ətrafında birləşməklə bağlı hər hansı müzakirə aparılmır”, – deyə Zəlimxan Məmmədli bildirib.

O, hansısa partiyanın HƏP-ə birləşməklə bağlı təklifi olacağı təqdirdə bunu dəyərləndirəcklərini deyib: “Əlbəttə ki, belə bir təklif olacağı təqdirdə biz bunu dəyərləndirəcəyik. Yenə də deyirəm biz müxalifətin konsolidasiyasının tərəfdarıyıq. Hesab edirik ki, bu ümumi işin xeyrinə olar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
499 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...