Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”

Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”
“Türkiyə rəhbərliyi Rusiya ilə tamhüquqlu dialoq aparmaq imkanını saxlamalı və Moskva ilə Kiyev arasında vasitəçi rolunu oynamalıdır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar yanvarın 16-da Böyük Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya ilə kimsə danışmalıdır: “Dialoq olmazsa, çıxılmaz vəziyyətə düşəcəyik. Qərbdən Prezidentimizə (Rəcəb Tayyib Ərdoğana) minnətdarlıq gözləməliyik”.

Nazir bildirib ki, son bir ildə Rəcəb Tayyib Ərdoğan tez-tez Rusiya Federasiyası ilə Ukrayna arasında vasitəçi kimi çıxış edib: “O, Ukrayna lideri Vladimir Zelenski ilə danışdıqdan qısa müddət sonra Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlayıb, Kiyevdən Moskvaya mesajlar ötürüb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
623 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...