Mübariz Qurbanlı: “Hazırda Azərbaycanda dini durum sabitdir”

Mübariz Qurbanlı: “Hazırda Azərbaycanda dini durum sabitdir”
“Hazırda Azərbaycanda dini durum sabitdir”.

Bunu “Report”un sualını cavablandırarkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bütün məsələlər tamamilə hüquq-mühafizə orqanlarının və Dövlət Komitəsinin nəzarəti altındadır: “Azərbaycanda din amilindən kimlərinsə sui-istifadə edərək ölkədə siyasi sabitliyi pozmaq cəhdi elə başlanğıcda məhvə məhkumdur. Bu cür cəhdlərin qarşısını almaq üçün həm güc strukturları, həm ictimaiyyət, həm də medianın xüsusi rolu var. Azərbaycan tolerant, multikultural və vəhdət ölkəsidir. Azərbaycan hər hansı məzhəbin üstün olduğu ölkə deyil. Azərbaycanda islami dəyərlərə əməl edilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
497 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...