Azərbaycan Prezidenti: "Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq"

Azərbaycan Prezidenti: "Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq"
"Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq".

Gundeminfo.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Dövlət başçısı xatırladıb ki, dekabrda enerji təhlükəsizliyi baxımından iki mühüm hadisə oldu: Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladı. Qaz təchizatı bu yaxınlarda başlayacaq. Beləliklə, Rumıniya Cənub Qaz Dəhlizi ölkələri qrupuna qoşulur. Ötən ilin dekabrında həmçinin Buxarestdə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu bizim səylərimizin ümumu sinergiyasıdır. Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq. Bunlar mühüm hadisələr idi. Yanvar ayında isə biz Macarıstanla qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzaladıq. Beləliklə, biz komandamızın üzvlərinin sayını artırırıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...