Saakaşvilinin partiyası parlament fəaliyyətini dayandırdı: Mübarizə başlayır

Saakaşvilinin partiyası parlament fəaliyyətini dayandırdı:

Mixail Saakaşvilinin təsis etdiyi Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvili parlament fəaliyyətini dayandırdığını açıqlayıb.

Qaynarinfo MK-ya istinadla xəbər verir ki, Xabeişvili partiyanın fövqəladə iş rejiminə keçdiyini qeyd edib.

Buraya Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin azad edilməsinə yönəlmiş gündəlik etiraz aksiyaları daxildir.


"Biz təslim olmağı planlaşdırmırıq. Mübarizə gündəlik olacaq”, - deyə Xabeişvili yekunlaşdırıb.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Tbilisi məhkəməsi Saakaşvilinin səhhətinə görə azadlığa buraxılmasını rədd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
468 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...