Stoltenberq: “İsveç və Finlandiya NATO-ya ayrı-ayrılıqda da üzv ola bilərlər”

Stoltenberq: “İsveç və Finlandiya NATO-ya ayrı-ayrılıqda da üzv ola bilərlər”
Finlandiya və İsveç NATO-ya ayrı-ayrı vaxtlarda da daxil ola bilərlər.

“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclasından əvvəl bildirib.

“Həm Finlandiya, həm də İsveç artıq NATO-ya daha yaxındırlar və daha çox inteqrasiya olunublar. Ona görə də əsas məsələ onların alyansa birlikdə qoşulub-qoşulmayacağı deyil. Əsas məsələ onların hər ikisinin mümkün qədər tez tamhüquqlu üzv kimi təsdiq olunmasıdır”, - baş katib deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
422 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...