Avronest PA-nın Büro iclasında Ermənistanın dəstəklədiyi qətnamə rədd edilib

Avronest PA-nın Büro iclasında Ermənistanın dəstəklədiyi qətnamə rədd edilib
Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov və Nurlan Həsənov bu təşkilatın 10-cu plenar sessiyasında iştirak etmək üçün fevralın 18-dən Moldovanın Kişineu şəhərində səfərdədirlər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, sessiyadan əvvəl Avronest PA Bürosunun iclasında Belarus, Azərbaycan və Gürcüstana qarşı hazırlanmış, Ermənistan nümayəndə heyətinin xüsusu canfəşanlıq göstərdiyi qətnamə rədd edilib.

Qətnamənin mövzusu “Siyasi dustaqlar” olsa da, mətndə Azərbaycanın guya mövcud olan “erməni dustaqları” azad etməsinə çağırış yer alırdı.

Azərbaycan, Gürcüstan, Ukrayna nümayəndə heyətlərinin məntiqi izah və mövqeyindən sonra, Ermənistan nümayəndə heyətinin etirazlarına baxmayaraq, iştirakçıların yekdil qərarı ilə qətnamə rədd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...