İran XİN başçısı: "3+3 formatında görüşə ev sahibliyi etməyə hazırıq"

İran XİN başçısı: "3+3 formatında görüşə ev sahibliyi etməyə hazırıq"
“İran Tehranda Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan xarici işlər nazirləri ilə “3+3” formatında görüş keçirməyə hazırdır”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, İran belə bir görüşü təşkil edə bilər.

Qeyd edək ki, A.Qruşko Tehrana səfər edib və Hüseyn Əmir Abdullahianla görüşüb. Görüşdə ikitərəfli və regional əlaqələr müzakirə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...