Ermənilərin “ən amansız generalı” Xankəndiyə gəldi

Ermənilərin “ən amansız generalı” Xankəndiyə gəldi
Qarabağdakı separatçılar arasında yaşanan gərginlik fonunda “təhlükəsizlik şurasının keçmiş rəhbəri” general Samvel Babayan aktivləşməyə başlayıb.

GUNDEMİNFO.AZ Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, ermənilərin “ən amansız generalı” yenidən Xankəndiyə gəlib. Dünən Xankəndidə keçirilən tədbirə qatılan Babayan hətta separatçıların keçmiş liderləri Bako Saakyan və Arkadi Qukasyanla eyni cərgədə oturub.

Bununla belə, qəzet Babayanın artıq öz tərəfdarları arasında aktiv iş apararaq növbəti “seçki”yə hazırlaşmaq tapşırığı da verdiyini yazıb.

Daha bir maraqlı iddianı isə erməni Teleqram kanalları irəli sürüb. Belə ki, sosial şəbəkədə yayılan məlumatlarda Babayanın Paşinyanın marioneti olduğu, Xankəndiyə Qarabağı (separatçı rejimi – red.) başsız qoymaq üçün göndərildiyi iddia edilib. Üstəlik, Paşinyanın bunun vasitəsilə Vitali Balasanyanın “istefaya” göndərilməsinin qisasını almağa hazırlaşdığı da vurğulanıb.

Diqqət çəkən məqam isə Samvel Babayanın Vitali Balasanyanın Ermənistandakı əsas biznes tərəfdaşı olmasıdır.

Qeyd edək ki, bundan öncə Samvel Babayanın Xankəndiyə gəldiyi iddia edilsə də, siyasətçi bunu təkzib etmişdi. Babayan II Qarabağ müharibəsindən sonra İrəvanda yaşayır.

Sabah Xankəndidə Araik Arutyunyanın müraciəti olacaq. Onun müraciəti zamanı Ruben Vardanyanı “istefaya” göndərəcəyi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...