Azərbaycan yenə Rusiya ilə bağlı səsvermədə iştirak etmədi - Nəticələr

Azərbaycan yenə Rusiya ilə bağlı səsvermədə iştirak etmədi -

Ötən gün BMT Baş Assambleyası Ukrayna ilə bağlı keçirilən xüsusi sessiyada Rusiya-Ukrayna münaqişəsinin ildönümünə həsr olunmuş anti-Rusiya qətnaməsini qəbul edib.

Yeniavaz.com xəbər verir ki, 141 ölkə sənədin lehinə, 7 ölkə əleyhinə (Rusiya, Belarus, Şimali Koreya, Mali, Nikaraqua, Suriya və Eritreya) səs verib.

Ermənistan, İran, Qazaxıstan, Pakistan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Çin də daxil olmaqla 32 nümayəndə heyəti bitərəf qalıb.

Azərbaycan daha əvvəl olduğu kimi, bu səsvermədə də iştirak etməyib.

Qətnamənin mətnində Rusiyaya bütün qoşunlarını dərhal və qeyd-şərtsiz Ukrayna ərazisindən çıxarmağa ciddi çağırış ifadə edilir.
Azərbaycan yenə Rusiya ilə bağlı səsvermədə iştirak etmədi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
964 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...