Rusiya kəşfiyyat təyyarəsini Belarus partizanları sıradan çıxarıb - BYPOL
Belarusun "Maçulişçi” aerodromunda Rusiya Aerokosmik Qüvvələrinin A-50 desant erkən xəbərdarlıq və idarəetmə təyyarəsinin sıradan çıxarılması ilə bağlı hücumun təfərrüatları məlum olub.
Qaynarinfo xəbər verir ki, BYPOL (Lukaşenko hakimiyyətinə qarşı mübarizə aparan keçmiş hüquq-mühafizə orqanları əməkdaşlarının birliyi – red.) assosiasiyasının rəhbəri Aleksandr Azarovun sözlərinə görə, hücumu "Peramoqa” ("Qələbə” – red.) planına daxil olan Belarusdan olan partizanlar dronlardan istifadə edərək həyata keçiriblər.
"Bunlar dronlar olub. Əməliyyat iştirakçıları belaruslardır, "Peramoqa” planının iştirakçılarıdır, onlar hazırda ölkədən kənarda təhlükəsiz
yerdədirlər. Hamı çıxıb aradan, qoy indi boş-boş axtarsınlar", - Azarov bildirib.
O, əməliyyatın bir neçə ay hazırlandığını bildirib və ehtimal edib ki, Minskdəki mövcud hakimiyyət bu hücumu Belarusun Ukraynaya qarşı mürahibəyə qoşulacağına səbəb saymayacaq.
"Onlar hər şeyi deyə bilərlər, amma mən hesab edirəm ki, Lukaşenkoya indi Ukraynaya hücum etmək sərfəli deyil. Doğrudan da, o, bu aksiyanı hər şeyi ukraynalıların üzərinə yıxmaq üçün istifadə edə bilər, lakin indi Belarusda Ukraynaya yeni hücum etmək üçün kifayət qədər Rusiya qoşunu yoxdur”, - Azarov bildirib.
Xatırladaq ki, dünən səhər saat 10 radələrində Belarus aerodromunda partlayış səsləri eşidilib. BYPOL-un məlumatına görə, "A-50” kəşfiyyat təyyarəsi ciddi zədələnib və o, bir daha heç yerə uçmayacaq".
İlkin məlumatlara görə, təyyarənin ön və mərkəzi hissələri, avionikası və radar antenası zədələnib.
A-50 bombardmançı təyyarələri 650 kilometr, qırıcıları 300 kilometr, qanadlı raketləri 215 kilometr məsafədə aşkar etmək iqtidarındadır.
Bu təyyarə hava və yerüstü hədəfləri müəyyən etmək və izləmək, hava və yerüstü vəziyyət barədə qoşunları xəbərdar etmək üçün yaradılıb. Həmçinin, A-50 komanda məntəqəsi kimi xidmət edə bilər və xüsusi hədəflərə yönəldildikdə təyyarələri vurmaq üçün qırıcıları və döyüş aviasiyasını idarə etmək qabiliyyətinə malikdir. Ukrayna müharibəsində bu təyyarələrdən geniş istifadə edilir. Ümumilikdə, RF Silahlı Qüvvələrinin arsenalında doqquz belə təyyarə olub. Bir təyyarənin qiyməti 330 milyon ABŞ dollarıdır.
Belarus və Rusiya rəsmilər hələlik təyyarəyə hücumu şərh etməyiblər.
406 dəfə oxundu