Lavrov azərbaycanlıların rus dilində danışmasını yüksək qiymətləndirdi

Lavrov azərbaycanlıların rus dilində danışmasını yüksək qiymətləndirdi

"Azərbaycanda rus dilinin dəstəklənməsinə hər cür şəraitin yaradılmasına görə hökumətin diqqətini çox yüksək qiymətləndiririk".

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Sizinlə tamamilə razıyam ki, vətəndaşlarımızın səfərlərinin bərpa olunması göstəriciləri bu vəziyyəti, humanitar və təhsil sahələrində əlaqələri inkişaf etdirməyə çalışmağımızı bir daha vurğulayır. Biz rus dilinin dəstəklənməsinə, bunu arzu edən Azərbaycan vətəndaşlarının həm özlərinin rus dilində danışmaları və işdə bu dildən istifadə etmələri, həm də öz uşaqlarına bu imkanı vermələri üçün hər cür şəraitin yaradılmasına şəxsən Sizin və hökumətinizin diqqətini çox yüksək qiymətləndiririk", - deyə Lavrov vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...