Azərbaycan tərəfdən Qarabağdakı ermənilərlə kim görüşüb?

Azərbaycan tərəfdən Qarabağdakı ermənilərlə kim görüşüb?
Xəbər verdiyimiz kimi, fevralın 24-də Qarabağdakı qondarma rejimin nümayəndələri ilə Azərbaycan rəsmiləri görüşüblər.

Yeniavaz.com xəbər verir ki, bu barədə bu barədə qondarma rejimin “rəhbər”i Arayik Arutyunyanın mətbuat katibi Lusine Avanesyan da “Azadlıq radiosu”na danışıb.

O bildirib ki, görüşdə bir sıra məsələlər üzrə razılıq əldə olunub:

“Artsaxın (Qarabağdakı qondarma rejim) blokadasının götürülməsi, təbii qaz və elektrik enerjisinin sabit və fasiləsiz verilməsi ilə bağlı məsələlər müzakirə olunub. Görüş zamanı Ermənistan-Artsax qaz kəmərinin fasiləsiz işinin təmin edilməsi barədə razılıq əldə olunub”.

O, qondarma rejimin və Azərbaycan nümayəndə heyətinin kimlərdən ibarət olduğu və görüşün harada keçirildiyi barədə açıqlama verməyib.

Qeyd edək ki, rəsmi Bakıdan görüşlə bağlı heç bir açıqlama verilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...