"Altılı masa" bu gün müxalifətin namizədini müəyyən edəcək

  "Altılı masa" bu gün müxalifətin namizədini müəyyən edəcək
Türkiyədə “Altılı masa” adı ilə populyarlaşan “Millət ittifaqı” prezidentliyə namizədi müəyyənləşdirmək üçün bu gün iclas keçirəcək.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Səadət Partiyasının sədri Temel Karamollaoğlunun ev sahibliyində baş tutacaq iclasda CHP sədri Kamal Kılıçdaroğlu, İYİ Partiya sədri Meral Akşener, DEVA Partiyasının sədri Əli Babacan, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu və Demokrat Partiyasının sədri Gültekin Uysal iştirak edəcək.

Qeyd edək ki, namizəd üçün ən güclü ehtimallar Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal kılıçdaroğlu, Ankaranın bələdiyyə sədri Mansur Yavaş və İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğludur.

Namizədin bu gün müəyyənləşdiriləcəyi, bu barədə məlumatın ictimaiyyətə yaxın günlərdə veriləcəyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...