“Sülh müqaviləsi kapitulyasiya sənədi olmamalıdır“
"Beynəlxalq ictimaiyyətin istənilən təxribatın sərt reaksiyası ilə nəticələnəcəyini açıq şəkildə nümayiş etdirməsini gözləyirəm. Sabitliyin qorunub saxlanması çox vacibdir".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib: “Vurğulayıram ki, təxribatın Ermənistan, yaxud Azərbaycan tərəfdən törədilməsinin fərqi yoxdur, çünki hazırda regionda müşahidəçilər var və indi Aİ-nin hansı tərəfin təşəbbüskar olduğunu soruşmasına ehtiyac qalmayacaq. İndi öz məlumat mənbəyiniz var.
Ümumən demək istərdim ki, siyasi komandamız, parlament çoxluğu sülh gündəliyini öz məsuliyyəti altına alıb və indi sülh gündəliyi ilə bağlı mandatımız var. Biz bütün diqqətimizi bu mandatın həyata keçirilməsinə yönəlmişik. Beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacımız var və biz yekun və davamlı sülhə nail olana qədər bu məsuliyyəti daşımağa hazırıq".
"Bu yaxınlarda parlamentdə və hökumətimizdə bildirdim ki, mən Azərbaycanla sülh müqaviləsi imzalamaqda qərarlıyam, lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalıdır. Bu, regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır və mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”, - deyə baş nazir Paşinyan yekunlaşdırıb.
507 dəfə oxundu