"Mansur Yavaş və Əkrəm İmamoğlunu təklif etdik, rədd edildi"

  "Mansur Yavaş və Əkrəm İmamoğlunu təklif etdik, rədd edildi"
“Kamal Kılıçdaroğlunun namizədliyində 5 siyasi partiya razılaşdı, biz də Mansur Yavaş və Əkrəm İmamoğlunun namizədliyini təklif etdik”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri mətbuat konfransında İYİ Partiya sədri Meral Akşener deyib.

“Statistik məlumatlara əsaslanaraq rasional şəkildə ortaq namizəd çıxarmaqla bağlı təklifimiz də rədd edildi”, - deyə o bildirib.
Xatırladaq ki, ötən gün – martın 2-də Türkiyədə “altılı masa”nın növbəti iclası keçirilib.

Səadət Partiyasının sədri Temel Karamollaoğlunun ev sahibliyində baş tutacaq iclasda CHP sədri Kamal Kılıçdaroğlu, İYİ Partiya
sədri Meral Akşener, DEVA Partiyasının sədri Əli Babacan, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu və Demokrat Partiyasının sədri Gültekin Uysal iştirak edib.

Görüşdə tərəflərin ortaq namizəd çıxarmaq barədə razılığa gəldiyi, namizədin adının 6 martda açıqlanacağı bildirilib.
Bundan sonra ortaq namizədin kim olması ilə bağlı kulis məlumatları ortaya atılıb.

“Halk” TV öz mənbələrinə istinadla masada ortaq namizəd kimi CHP (Cümhuriyyət Xalq Partiyası) lideri Kamal Kılıçdaroğlunun adının təqdim edildiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
517 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...