Abşeronda ciddi su qıtlığı yaşana bilər - Ekoloqdan xəbərdarlıq
Abşeron yarımadasında artıq ciddi su qıtlığı yaşanır. Təsadüfi deyil ki, “Azərsu” ASC bəzi ərazilərə suyun verilməsini qrafik əsasında aparır. Səbəbsə Bakı və Sumqayıtın suya olan ehtiyacını ödəyən Ceyranbatan su anbarında suyun kəskin azalmasıdır. Bunun da səbəbi anbara ötürülən suyun həcmi ilə bağlıdır.
Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı ekoloq Ənvər Əliyev Bizim.Media-ya açıqlama verib. O bildirib ki, su qıtlığının tək səbəbi ölkəmizə yağıntıların az düşməsidir:
“Düşən də qar şəklində düşür. Onun da əriməsi zaman istəyir. Azərbaycanda, onsuz da, yağıntılar qışın axırı, yazın əvvəlləri başlayır. Amma ona kimi dözmək mümkün deyil. Taxıl sahələri və digər yazlıq əkinlər suvarma suyu istəyir. Çox təəssüf ki, bütün su mənbələrində su azalıb. O cümlədən də Ceyranbatan su anbarında yığılan suyun səviyyəsi çox düşüb.
Suyun azalması həm də ekoloji fəlakət yaradır. Çünki Ceyranbatan su anbarında canlılar var ki, onlar suyu təmizləyir, suya öz qatqılarını verirlər. Suyun səviyyəsi düşdüyündən həmin canlıların da məhvolma təhlükəsi artır”.
Ekoloq onu da qeyd edib ki, Taxtakörpü su anbarında da suyun səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli düşüb:
“Hələ Samur çayını demirəm. SSRİ dövründə Samurun su ehtiyatının 75 faizini biz istifadə edirdik. Amma indi bu rəqəm 50 faizə düşüb. Bu da əlavə çətinlik yaradır. Əgər quraqlıq daha bir ay davam etsə, ölkə çox ciddi problemlərlə üz-üzə qalacaq. Amma aprelin ikinci yarısından qarın əriməsi ilə bağlı müəyyən ehtiyat olacaq. O vaxtadək dözmək lazımdır”.
445 dəfə oxundu